Sutka ərzində neçə nəfər xilas edildi? - FHN-dən AÇIQLAMA 

Sutka ərzində neçə nəfər xilas edildi? - FHN-dən AÇIQLAMA 

Hazırda oxunan: Sutka ərzində neçə nəfər xilas edildi? - FHN-dən AÇIQLAMA 

33183

“112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 82 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.  

Bizim.Media xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Dənizdə batan şəxs xilas edildi


Ümumilikdə, ötən sutka ərzində 7 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib.

Həmçinin, Bakı şəhəri Yasamal rayonunda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma faktı üzrə həyata keçirilən xilasetmə əməliyyatı zamanı Kaybelova Fəridə Abdullayevnanın meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO