AZAL-dan

AZAL-dan "Landmar" qalmaqalına dair açıqlama

Hazırda oxunan: AZAL-dan "Landmar" qalmaqalına dair açıqlama

32907
Avqustun 28-də Milli Şuranın təmsilçiləri - prezidentliyə namizəd Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər və MŞ İcra Aparatının rəhbəri Eldar Namazov “Landmark”da Qərb ölkələrinin Azərbaycanda akkreditasiya olunmuş diplomatik nümayəndələri ilə görüş keçirib. Görüş “Landmark”ın 9-cu mərtəbəsində yerləşən restoranda keçirilib. 

Görüş başa çatan ərəfədə AZAL Dövlət Konserninin prezidenti Cahangir Əsgərov cangüdənləri və bir neçə nəfər əcnəbi qonağı ilə birlikdə restorana daxil olub. Burada Milli Şura təmsilçilərini görən C.Əsgərov özünü obyektin sahibi kimi apararaq, administratoru çağırıb və danlamağa başlayıb. 

Bu xəbəri “Azadlıq” qəzeti yayıb. 

Xəbərdə deyilir ki, həmin vaxt orada olan “Azadlıq”ın əməkdaşının bildirdiyinə görə, AZAL şefi “müxalifətçiləri restorana buraxdığı üçün” administratoru kobud ifadələrlə aşağılayıb və işdən çıxaracağı ilə hədələyib. 

Ona izah edilib ki, müxalifət liderləri bura tək yox, səfirlərlə birlikdə gəliblər. Lakin bu izahat da C.Əsgərovu qane etməyib. O, yenidən administratoru cəzalandırmaqla hədələyib, üstəlik səfirlərin də ünvanına xoşagəlməz ifadələr işlədib. 

AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli “Yeni Müsavat”a açıqlamasında məlumatı təkzib etdi. M.Səfərli “Landmark”la C.Əsgərov arasında hər hansı bağlılıq olmadığını söylədi. Onun sözlərinə görə, gərə belə bir hadisə olsaydı ilk növbədə özü xəbər tutardı: “İnanmıram ki, belə bir hadisə olsun. Yalan məlumatdır. Cahangir müəllimin “Landmark”la əlaqəsi yoxdur. Əgər belə bir şey olsaydı, xəbərim olardı”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO