Gizir Mirzə Əhmədov dəfn olunub

Gizir Mirzə Əhmədov dəfn olunub

Hazırda oxunan: Gizir Mirzə Əhmədov dəfn olunub

32778

Bir ildən artıq komada olan və dünən vəfat edən gizir Mirzə Əhmədov dəfn olunub.

Bizim.Media-nın məlumatına görə, Silahlı Qüvvələrin giziri Mirzə Əhmədov Cəlilabad rayonunun Ocaqlı kəndində bu gün torpağa tapşırılıb.

Vida mərasimində onun yaxınları, hərbçi yoldaşları, rayon rəsmiləri və yerli sakinlər iştirak edib.
 

MÖVZU İLƏ BAĞLI:

Komada olan Vətən müharibəsi iştirakçısı vəfat etdi  - FOTO


Qeyd edək ki, Əhmədov Mirzə Balaqardaş oğlu 1994-ci il yanvarın 20-də Cəlilabad rayonunun Ocaqlı kəndində anadan olub.

Ordu sıralarında gizir kimi hərbi xidmət göstərən Mirzə Əhmədov 2020-ci ilin avqust ayının 7-də xidmət zamanı xəsarət alıb.

O, bir ildən artıq Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunub.

Lakin həkimlərin səylərinə baxmayaraq, M.Əhmədovun həyatını xilas etmək mümkün olmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO