Xaricdə yaşayan azərbaycanlılar üçün onlayn NOTARİAT - DETALLAR

Xaricdə yaşayan azərbaycanlılar üçün onlayn NOTARİAT - DETALLAR

Hazırda oxunan: Xaricdə yaşayan azərbaycanlılar üçün onlayn NOTARİAT - DETALLAR

32639

“Ey xaricdə yaşayan soydaşlarımız, muştuluğumu verin, sizə şad xəbərim var!

Yox, əlbəttə bu xəbər hamıya aiddir, amma yaxınlarım xaricdə yaşayır deyə, problemi çox yaxşı bilirəm”.

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Facebook səhifəsində tanınmış telejurnalist Azər Qərib yazıb.

“Baxın, ölkə xaricində yaşayan və Vətən ilə əlaqələrini pozmayan soydaşlarımız daim bir problemlə üzləşir - istənilən etibarnaməni, bağışlamağı, satmağı, uşağa sərhədi keçmək icazəsini və digər sənədləri təsdiq etmək üçün ya bizim konsulluğa, ya da səfirliyə getmək lazım idi.

Növbə gözləyirsən, ağız açırsan, xahiş-minnət və s. Bəzi ölkələrdə isə ümumiyətlə səfriliyimiz yoxdur, yaxud səfirlik paytaxtda yerləşir, sən isə başqa şəhərdə yaşayırsan və problem olurdu pezəvəng boyda.

Nəhayət, gözünüz aydın olsun, artıq bütün sənədləri evdən çıxmadan “aformit” etmək olar”, deyə o, qeyd edib.

Telejurnalist şəkildə gördüyünüz tətbiqi yükləməyi hamıya məsləhət görür:
 

“Qeydiyatdan keçin və işə başlayın. Özü də kim deyir ki, bunun üçün ASAN imza lazımdır, inanmayın. Sadəcə telefonunuzla özünüzü videoya çəkib göndərsəniz kifayətdir.


Qeydiyat zamanı "İstifadəçinin adı" bölməsində isə şəxsiyət vəsiqəsinin FİN-ni yazın.


Hətta arxivdə adınızdan olan bütün notarial sənədləri orada görəcəksiniz, yenilərini də dediyim kimi rəsmiləşdirmək olar. Mən vaxtilə notariusda hansı sənədləri təsdiq etmişəmsə, hamısını gördüm, iki dəqiqənin içində isə maşınıma yeni “doverennost” verdim”.

Azər Qərib fikirlərini belə tamamlayıb:

“Bilirəm, indi başlayacaqsınız mənə təşəkkürünüzü bildirməyə, amma ehtiyac yoxdur, sadəcə buralara gələndə oralardan bir suvenirdən filandan gətirərsiniz, olar muştuluğum”.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO