“Bolt” taksiləri nağdsız ödəniş sifarişlərindən imtina edir - Şirkətin vergidənyayınma İDDİASI

“Bolt” taksiləri nağdsız ödəniş sifarişlərindən imtina edir - Şirkətin vergidənyayınma İDDİASI

Hazırda oxunan: “Bolt” taksiləri nağdsız ödəniş sifarişlərindən imtina edir - Şirkətin vergidənyayınma İDDİASI

32353

“Bolt” taksi sifarişçiləri nağdsız ödənişlərlə bağlı problemlə üzləşiblər.

Bizim.Media xəbər verir ki, məsələ sosial şəbəkələrdə müzakirə yaradıb.
 

MÖVZU İLƏ BAĞLI:

Əlaqələndirmə Qərargahının informasiya resursu yoxdur? – MƏLUMATLAR DAĞILIR


Bildirilir ki, sifariş verildikən sonra taksi sürücüsü təkrar zəng edərək, ödənişin nağd və ya nağdsız şəkildə həyata keçiriləcəyini soruşurlar. Nağdsız ödəniş olacağı təqdirdə sifarişdən imtina edilir. 

Bu durum bir neçə amillə əlaqələndirilib. “Bolt”da çalışan insanların vəsaiti nağdlaşdırmaqda çətinlik çəkdiyi bildirilir. Yəni sürücülərin şirkətdən öz pullarını ala bilmədikləri ilə bağlı iddia var.

Digər tərəfdən isə durum vergidən yayınma kimi xarakterizə edilir. Bildirilir ki, banklar ödənişlərə əlavə komissiya haqqı tutur – məsələn, Kapital Bank 12.96 AZN gediş haqqına 2.33 komissiya haqqı əlavə edib.

Eləcə də bildirilir ki, “Bolt” şirkətində gediş haqları sifarişçiər üçün əlverişli olsa da, sürücülər istismar olunur. 

Suallarımızı cavablandırmaq üçün şirkətin Bakı ofisi ilə əlaqə saxlamaq cəhdimiz isə həmişə olduğu kimi alınmadı. “Bolt”un saytında göstərilən telefon nömrəsi işləmir. Məsələ isə açıq qalır, şirkətin mövqeyini və durumla əlaqədar izahını dərc etməyə hazırıq.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO