Binəqədi rayon Məhkəməsində "Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.
Bizim.Media xəbər verir ki, prosesdə təqdimat təmin edilib.
V.Muradov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.
Qeyd edək ki, "Azərxalça” ASC-nin İdarə heyətinin sədri vəzifəsində işləmiş Muradov Vidadi Aydın oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
09 yanvar 2021-ci il tarixdə Muradov Vidadi Aydın oğluna Azərbaycan Respublikası CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş, rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:35 / 09.08.2021
"Azərxalça”nın sabiq rəhbərinin həbs müddəti uzadıldı
Hazırda oxunan: "Azərxalça”nın sabiq rəhbərinin həbs müddəti uzadıldı
Hazırda oxunan: "Azərxalça”nın sabiq rəhbərinin həbs müddəti uzadıldı
31833
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.