Baş Prokurorluqdan iddialarla bağlı AÇIQLAMA

Baş Prokurorluqdan iddialarla bağlı AÇIQLAMA

Hazırda oxunan: Baş Prokurorluqdan iddialarla bağlı AÇIQLAMA

31511

"Bəzi kütləvi informasiya vasitələrində vətəndaş Hüseynli Zamiq Əsədxan oğlu barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılmış cinayət işi üzrə məhkəmə baxışında bəraət almasına baxmayaraq, prokurorluğun protesti əsasında qanunsuz həbs təhlükəsi ilə üzləşməsi barədə əsassız məlumatlar yayılıb".

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Bildirilir ki, 2015-ci ildə dələduzluq cinayətinə görə Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə məhkum edilmiş Zamiq Hüseynlinin  prokurorluğun formasında şəkili həkk edilmiş və Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin əməkdaşı olmasına dair saxta xidməti vəsiqəsi Yasamal rayon polis idarəsinin əməkdaşları tərəfindən aşkar olunaraq toplanmış materiallar Baş Prokurorluğa göndərilib.
 

MÖVZU İLƏ BAĞLI:

Baş Prokurorluqdan vətəndaşlara MÜRACİƏT - VİDEO


Daxil olmuş material üzrə araşdırma aparılmaqla Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, Zamiq Hüseynli həmin Məcəllənin 32.4, 297.1 (bilə-bilə yalan ifadə verməyə təhrik etmə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri və blankları qanunsuz hazırlama) maddələri ilə nəzərdə tutulmuş əməlləri törətdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və 7 may 2021-ci ildə cinayət işi üzrə ittiham aktı təsdiq olunaraq baxılması üçün Binəqədi rayon məhkəməsinə göndərilib.

Həmin məhkəmənin 11 iyun 2021-ci il tarixli hökmünə əsasən Z.Hüseynliyə bəraət verilib. 

Qeyd edilən hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilib və hazırda cinayət işi Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Baş Prokurorluq bir daha qeyd edir ki, məhkəmə baxışında olan cinayət işi üzrə bu xarakterli əsassız məlumatların yayılması yolverilməzdir və cinayət təqibinə qanunsuz təzyiq və təsir vasitəsi kimi qiymətləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO