Polis Hacıqabulda əməliyyat keçirdi - Saxlanılan var

Polis Hacıqabulda əməliyyat keçirdi - Saxlanılan var

Hazırda oxunan: Polis Hacıqabulda əməliyyat keçirdi - Saxlanılan var

31285

Hacıqabulda polis əməliyyat keçirib, saxlanılan şəxslərdən narkotik aşkarlanıb.

DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən Sabirabad rayon sakini, 44 yaşlı Elnur Kərimov saxlanılaraq polis şöbəsinə gətirilib.

Burada onun üzərinə keçirilən baxış zamanı təmiz çəkisi 100 qram olan heroin, 30 qrama yaxın “patı” adlanan narkotik maddə-metamfetamin və 30 ədəd “metadon” həbləri aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir uğurlu əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli bilinən Hacıqabul rayon sakini Nazim Quliyev də saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı isə narkotik maddə-heroin aşkar edilib.

Hər iki faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO