Ağsuda da yanğın başladı - FOTO

Ağsuda da yanğın başladı - FOTO

Hazırda oxunan: Ağsuda da yanğın başladı - FOTO

31274

Ağsunun Gəgəli kəndinin şimal-qərb tərəfində, "El yeri" adlanan dağlıq ərazinin yaxınlığında yanğın başlayıb.

Bizim.Media xəbər verir ki, ötən gün saat 22:30 radələrindən başlayaraq sözügedən ərazilərdə kol-kos yanır.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu, Şamaxı və İsmayıllı yanğından mühafizə hissələrindən 5 yanğınsöndürən maşın və xeyli canlı qüvvə cəlb olunub.

Hazırda yolsuzluq və çətin relyef şəraitində getdikcə yayılan yanğının söndürülməsi üçün gərgin mübarizə aparılır.

Əsas diqqət yanğının dağlardakı meşəlik ərazilərə keçmədən söndürülməsinə yönəldilib.

Qeyd edək ki, yanğınla mübarizəyə mülki vətəndaşlar da cəlb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO