Avropa ölkələrinə Azərbaycan Respublikasının vətəndaşlarının qanunsuz miqrasiyanın təşkil edilməsi ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 318-1 (qanunsuz miqrasiyanın təşkili) və digər maddələri ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə daxil olmuş məlumatların yoxlanılması üçün Əmiraslanova Yeganə Səftər qızı şahid qismində dindirilib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Yeganə Əmiraslanova istintaq qurumu tərəfindən saxlanılmayıb, ona hər hansı məzmunda ittiham verilməyib, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməmiş və axtarışa verilməyib.
Kütləvi informasiya vasitələrindən rəsmi qurumla dəqiqləşdirilməmiş məlumatlara istinad etməmələri xahiş olunur.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:51 / 04.08.2021
Yeganə Əmiraslanovanın saxlanılması xəbərlərinə Baş Prokurorluqdan MÜNASİBƏT
Hazırda oxunan: Yeganə Əmiraslanovanın saxlanılması xəbərlərinə Baş Prokurorluqdan MÜNASİBƏT
Hazırda oxunan: Yeganə Əmiraslanovanın saxlanılması xəbərlərinə Baş Prokurorluqdan MÜNASİBƏT
31133
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.