Yardımlıda meşə yanır: əraziyə helikopter göndərildi

Yardımlıda meşə yanır: əraziyə helikopter göndərildi

Hazırda oxunan: Yardımlıda meşə yanır: əraziyə helikopter göndərildi

30978

Yardımlı rayonu, Honuba kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında yanğın davam edir.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı yayıb.

Mənbə bildirir ki, yanğının söndürülməsi və geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin, Mülki Müdafiə Qoşularının və Cənub Regional Mərkəzinin ümumilikdə 130 nəfər şəxsi heyəti, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər mürəkkəb dağ relyefi şəraitində (yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur) yanğınsöndürmə işlərini həyata keçirirlər.

Bu gün səhər saatlarından etibarən FHN-in Aviasiya dəstəsinin 1 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO