56 cinayətin üstü açıldı

56 cinayətin üstü açıldı

Hazırda oxunan: 56 cinayətin üstü açıldı

30671

Daxili İşlər Nazirliyi (DİN) iyulun 30-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. 

DİN-in mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 56 cinayətin üstünü “isti izlər”lə açıblar.

Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub. 

Axtarışda olduğuna görə ümumilikdə 42 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO