Azərbaycanın neçə müəssisəsindən Rusiyaya pomidor ixracına icazə verilib?

Azərbaycanın neçə müəssisəsindən Rusiyaya pomidor ixracına icazə verilib?

Hazırda oxunan: Azərbaycanın neçə müəssisəsindən Rusiyaya pomidor ixracına icazə verilib?

30577

Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətflərin aradan qaldırılması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.

Agentkliyin informasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, həyata keçirilən birgə tədbirlər çərçivəsində ölkəmizin və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") mütəxəssislərinin iştirakı ilə respublika ərazisində fəaliyyət göstərən pomidor istehsalı müəssisələrində birgə videomonitorinqlər davam etdirilir.

Bununla yanaşı, müəssisələrdə həyata keçirilən sağlamlaşdırıcı tədbirlər və aparılan araşdırmaların nəticələri ilə əlaqədar məlumatlar mütəmadi qaydada Rusiya tərəfinə təqdim olunur.

Görülən işlərin məntiqi nəticəsi olaraq “Rosselxoznadzor" tərəfindən avqustun 3-dən daha 34 pomidor istehsalı müəssisəsi və 1 kooperativdən (kooperativə 8 müəssisə daxildir) də həmin ölkəyə pomidor ixracına icazə verilib.

Beləliklə, indiyə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 187 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib.

Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 329 milton 729 ton təşkil edir ki, bu da ötən il ərzində Rusiyaya ixrac olunan pomidor məhsulunun 184,5 fazini təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO