Azərbaycanda çoban ferma müdirini öldürdü – Polis onu axtarır

Azərbaycanda çoban ferma müdirini öldürdü – Polis onu axtarır

Hazırda oxunan: Azərbaycanda çoban ferma müdirini öldürdü – Polis onu axtarır

30489

Samuxda qətl hadisəsi olub.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Qarabağlar kəndində, fermada qeydə alınıb.

Fermada çoban işləyən 1976-ci il təvəllüdlü Samir Quliyev ferma sahibi Gəncə sakini, 1990-cı il təvəllüdlü Arzu Abdullayevə bıçaqla zərbə vurub. A. Abdullayev xəstəxanaya aparılarkən yolda ölüb.

Qətli törədən şəxs hadisə yerindən qaçıb. Hazırda S. Quliyevin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO