Akif Muradverdiyev ailəsi ilə görüş tələb edir

Akif Muradverdiyev ailəsi ilə görüş tələb edir

Hazırda oxunan: Akif Muradverdiyev ailəsi ilə görüş tələb edir

30356
“Mövcud qanunvericiliyə əsasən istintaqı davam etdiyi müddətdə şəxsin ailəsi ilə ayda iki dəfə qısamüddətli görüş hüququ var. Ancaq Akif Muradverdiyevin bu hüququ təmin edilməyib”. 

Moderator.az-ın xəbərinə görə, bunu AzNews.az-a açıqlamasında Prezidentin sabiq işlər müdiri Akif Muradverdiyev vəkili Fuad Ağayev bildirib. 

Vəkilin sözlərinə görə, Akif Muradverdiyev ailə üzvləri ilə görüş hüququnun təmin edilməsi üçün müraciət edib: “Yaxın zamanda məsələni qaldıracağıq. Görüş üçün ailə üzvləri yox, Akif Muradverdiyev müraciət edir. İndiyə qədər Akif Muradverdiyevin bu hüququnun təmin edilməməsinin səbəbi isə MTN-nin istintaq təcridxanasında müəyyən məsələlərə diqqət yetirilməməsidir”.

Müdafiə etdiyi şəxsin səhhətindəki problemlərin hələ də aradan qalxmadığını deyən Fuad Ağayev Akif Muradverdiyevlə dünən görüşdüyünü və onun tibb məntəqəsinə köçürülməsinə hələlik zərurət olmadığını bildirib.

Xatırladaq ki, Akif Muradverdiyev bu il iyunun 20-də tutulub. Milli Təhlükəsizlik Nazirliyinin rəsmi məlumatına görə, Akif Muradverdiyev Bakının beynəlxalq hava limanından Rusiya Federasiyasına aparmaq məqsədilə külli miqdarda dəyəri olan, çar Rusiyasına aid qədim qızıl pul sikkələrini qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gizli keçirib. Baxış zamanı onun əlində olan çantasından külli miqdarda dəyəri olan, çar Rusiyasına aid 40 ədəd qədim qızıl pul sikkələri aşkar edilərək götürülüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO