Erməni casusları Azərbaycan xalqından üzr istədi - TƏFƏRRÜAT

Erməni casusları Azərbaycan xalqından üzr istədi - TƏFƏRRÜAT

Hazırda oxunan: Erməni casusları Azərbaycan xalqından üzr istədi - TƏFƏRRÜAT

30213

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bizim.Media xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçiriləcək prosesdə şahid qismində Vidadi Orucəliyev dindirilib.

O deyib ki, "N" saylı hərbi hissədə xidmət edib: "11 noyabr 2020-ci il tarixində Şuşa istiqamətində xidmətdə idik. Bu zaman iki nəfər Şuşa istiqamətində mövqelərimizi müşahidə aparırdı. Daha sonra onları saxladıq və sorğu-sual etdik. Həmin şəxslər bizə rus dilində cavab verdilər. Onların Ermənistan vətəndaşları olduğunu bildik. Həmin şəxslərdən Şuşada nə iş gördüklərini soruşduq. Bizə cavab verə bilmədilər. Daha sonra onları müvafiq dövlət qurumlarına təhvil verdik".

Məhkəmə "N” saylı hərbi hissənin polkovnik-leytenantı Vüqar Abdullayevin istintaqa verdiyi ifadəsini elan edib.

"Həmin şəxslərə “Dayan" əmri verdik. Onları sorğu-sual etdik, bizə rus dilində cavab verdilər. Pasportlarından aşkar etdik ki, həmin şəxslər Ermənistan vətəndaşlarıdır. Onlardan burada nə iş gördüklərini soruşduq. Bizə cavab verə bilmədilər. Həmin şəxsləri müvafiq dövlət qurumlarına təhvil verdik".

Daha sonra Sujyan Gevordeyibg Rubenoviç çıxış edək peşman olduğunu: "Hamınızdan üzr istəyirik, xahiş edirəm məmi bağışlasınlar".

Digər təqsirləndirilən Davtyan Davit Tiqran da üzr istəyib: "Nə etmişəmsə, Allah mənim cəzamı versin".

Daha sonra hakimlər məhkəmə istintaqının tamamlandığı elan edib. Sonra ittiham nitqi ilə çıxış etmək üçün prokurora söz verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO