Qusarda narkotik bitki yetişdirən şəxs saxlanıldı

Qusarda narkotik bitki yetişdirən şəxs saxlanıldı

Hazırda oxunan: Qusarda narkotik bitki yetişdirən şəxs saxlanıldı

30122

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Kuzun kəndinin sakini Ehtiram Mollayev saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun bildirdiyinə görə, Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin  yaşadığı Kuzun kəndindəki özünəməxsus evin həyətyanı sahəsinə baxış keçirilən zaman onun qanunsuz olaraq əkib yetişdirdiyi çətənə bitkisi aşkar olunaraq götürülüb. 

Faktla bağlı istintaq aparılır. 

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO