Azərbaycana qarşı vuruşan əcnəbi muzdlunun məhkəmədə son sözü: “Mən özümü…” 

Azərbaycana qarşı vuruşan əcnəbi muzdlunun məhkəmədə son sözü: “Mən özümü…” 

Hazırda oxunan: Azərbaycana qarşı vuruşan əcnəbi muzdlunun məhkəmədə son sözü: “Mən özümü…” 

29439

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan tərəfindən Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş Rusiya vətəndaşı Dubakov Eduard Sergeyeviç barəsində cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. 

Bizim.Media xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son söz deyib. Təqsirləndirilən şəxs özünü ittihamlardan təqsirli bilməyib. 

Xatırladaq ki, prokuror çıxış edərək E. Dubakovun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib və məhkəmədən ədalətli qərar gözlədiyini deyib. 

Hakimlər təqsirləndirilən şəxsə hökm oxumaq üçün müşavirəyə yollanıb.

İttihama görə, Eduard Dubakov Azərbaycanın işğalda olan torpaqlarına qanunsuz səfər edərək Kəlbəcər rayonu ərazisində hərbi təlimlərdə iştirak edib. 

O bu il yanvarın 14-də terror-təxribat törətmək məqsədilə Türkiyədən Bakıya gəlib. Keçirilən əməliyyat nəticəsində E. Dubakov saxlanılıb. 

Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO