Şuşa şəhərində Qurban bayramı təntənə ilə qeyd olundu - VİDEO

Şuşa şəhərində Qurban bayramı təntənə ilə qeyd olundu - VİDEO

Hazırda oxunan: Şuşa şəhərində Qurban bayramı təntənə ilə qeyd olundu - VİDEO

29248

Qurban bayramı münasibətilə Şuşa şəhərində Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirakı ilə təntənəli tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Mənbə yazır ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, birinci Qarabağ və Vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Bayram tədbirində çıxış edən komandir heyəti hərbi qulluqçulara bayramı münasibətilə Ali Baş Komandanın və Müdafiə nazirinin təbriklərinin çatdırıb, onların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin dövlətimizin diqqət və qayğısı sayəsində daim davam etdirildiyini vurğulayıblar.

Hərbi qulluqçuların iştirakı ilə keçirilən tədbirdə qurbanlar kəsilib, onlar üçün bayram süfrələri təşkil olunub.

Bayram mərasimi şəxsi heytin şəhərdə təntənəli keçidi ilə sona çatıb.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO