"Şöşü” 53 yaşlı kişini BIÇAQLADI 

Hazırda oxunan: "Şöşü” 53 yaşlı kişini BIÇAQLADI 

28256

Samuxda bıçaqlanma hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Qiyaslı kəndində qeydə alınıb.

1968-ci il təvəllüdlü Əhmədov Rövşən Qədir oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat olunub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə, hadisə əkin sahəsində olub. 53 yaşlı kişini "Şöşü” adlı tanışı bıçaqlayıb.

Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO