Bakıda polis rəisi bu səbəbdən özünü GÜLLƏLƏYİBMİŞ

Bakıda polis rəisi bu səbəbdən özünü GÜLLƏLƏYİBMİŞ

Hazırda oxunan: Bakıda polis rəisi bu səbəbdən özünü GÜLLƏLƏYİBMİŞ

27974

Baş Prokurorluq Bakıda polis rəisinin özünü güllələyərək öldürməsi faktı ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumatda bildirilib ki, iyulun 9-da saat 11 radələrində Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyevin istirahət otağında özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi ilə bağlı məlumat daxil olub.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda polis rəisi özünü güllələyib - RƏSMİ


Hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədir.

İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumatın verilməsi təmin ediləcək.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, 51 yaşında intihar edən Rahib Mirzəyev ağır xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Ağrılara dözə bilmədiyi üçün özünə qəsd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO