Bakı şəhəri, Xətai rayonunda yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasının binasında yanğın olub.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Məlumata görə, yanğın söndürülüb. İlkin ehtimala görə, hadisəyə səbəb qısaqapanma olub.
***
Respublika Neyrocərrahiyyə Xəstəxanasında bu dəqiqələrdə yanğın baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə yanğının binanın aşağı mərtəbələrində baş verdiyi məlum olur.
Hadisədə xəsarət alanların olub-olmadığı barədə məlumat yoxdur.
Alçina Amilqızı, Bizim.Media