Ucar sakinini “tok” öldürdü 

Ucar sakinini “tok” öldürdü 

Hazırda oxunan: Ucar sakinini “tok” öldürdü 

27653

Ucar rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Bizim.Media xəbər verir ki, hadisə ötən axşam rayonun Müsüslü kəndində olub. Belə ki, kənd sakini, 1976-cı il təvəllüdlü Natiq Kamil oğlu Ağayevi elektrik cərəyanı vurub və o, dünyasını dəyişib.

Məlumata görə, 3 uşaq atası olan N.Ağayev su nasosu ilə həyətyanı sahəsini suvarmaq istəyib.

Nasazlıq olub, nasosun naqillərini düzəltmək istəyərkən ehtiyatsız davranıb və onu elektrik cərəyanı vurub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO