Neftçalanın sabiq icra başçısı məhkəmədə ifadə verməkdən imtina etdi - FOTO

Neftçalanın sabiq icra başçısı məhkəmədə ifadə verməkdən imtina etdi - FOTO

Hazırda oxunan: Neftçalanın sabiq icra başçısı məhkəmədə ifadə verməkdən imtina etdi - FOTO

27548

Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.

Daha sonra prosesdə prokuror ittiham aktını elan edib.

Sabiq icra başçısı İsmayıl Vəliyev ittiham üzrə özünü təqsirli bilməyib və bu mərhələdə ifadə verməkdən imtina edib.

Məhkəmə prosesi iyulun 12-də davam etdiriləcək.

Xatırladaq ki, İsmayıl Vəliyev və digər şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən ötən ilin fevralında həbs edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, toplanılmış materiallarla rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub. (report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO