Baş Prokurorluq növbəti dəfə XƏBƏRDARLIQ ETDİ

Baş Prokurorluq növbəti dəfə XƏBƏRDARLIQ ETDİ

Hazırda oxunan: Baş Prokurorluq növbəti dəfə XƏBƏRDARLIQ ETDİ

27542

Baş Prokurorluq yanğın təhlükəsizliyi qaydaların pozulması ilə bağlı növbəti dəfə xəbərdarlıq edib.

Bizim.Media-ya Baş Prokurorluğun mətbuat xidmətinə istinadla xəbər verir ki, xəbərdarlıqda deyilir:

"Ölkə ərazisində yanğın hadisələrinin sayı artmaqdadır. İstehsalatda, məişətdə yanğın təhlükəsizliyi tələblərinə riayət olunmaması, elektrik, qaz cihazı, qurğuları və sobalarının quraşdırılması və istismarı qaydalarının pozulması, müəyyən edilmiş standartlara cavab verməyən elektrik xəttlərinin quraşdırılması və istismarı baş vermiş hadisələrin əsas səbəblərindəndir. Elektrik təchizatına məsul şəxslərdən bu sahədə norma və qaydalara riayət edilməsi tələb olunur. Baş Prokurorluq bir daha xəbərdarlıq edərək bildirir ki, bu qəbildən olan qanun pozuntularına yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaqlar!".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO