DİN-dən böyük ƏMƏLİYYAT - Sosial şəbəkələrdə “patı”, “şüşə” satanlar saxlanıldı - FOTO

DİN-dən böyük ƏMƏLİYYAT - Sosial şəbəkələrdə “patı”, “şüşə” satanlar saxlanıldı - FOTO

Hazırda oxunan: DİN-dən böyük ƏMƏLİYYAT - Sosial şəbəkələrdə “patı”, “şüşə” satanlar saxlanıldı - FOTO

27526

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Suraxanı rayonunda həyata keçirdikləri əməliyyat zamanı paytaxt sakini əvvəllər məhkum olunmuş Abdul Çopurov saxlanılıb. 

Bizim.Media-ya nazirlikdən verilən məlumata görə, onun üzərindən və yaşadığı evdən 12 kiloqramdan artıq heroin, 4 kiloqram 70 qram narkotik vasitə istifadəçiləri arasında “patı”, “şüşə” kimi adlanan psixotrop maddə “Metamfetamin” və narkotik vasitələrin satışı zamanı istifadə etdiyi elektron tərəzi aşkar edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Narkotik “Pati”lər Bakıda harada istehsal olunur? – ŞOK DETALLAR


Yasamal rayonunda isə satışı qadağan olunan həblərin satışı ilə məşğul olan paytaxt sakinləri Anar Məmmədov, Aleksandr Naqorni və Sərxan Daşdəmirli saxlanılıblar.

Nəsimi rayonunda həyata keçirilən daha bir əməliyyat zamanı əvəllər dəfələrlə məhklum olunmuş Vadim Şəfiyev və Mərahim Şahbazov saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 12 kiloqramdan artıq, o cümlədən 8 kiloqram 90 qram heroin, 2 kiloqram 725 qram tiryək, 1 kiloqram 375 marixuana və 2 ədəd elektron tərəzi aşkar edilib.

Onlayn yolla narkotiklərin satışını həyata keçirən İlqar Bayramov, Raib Hüseynov və Samir Ağayev də saxlanılıb. Araşdırma zamanı bu şəxslərin sosial şəbəkələrdə müxtəlif profillər açaraq əsasən gənclər arasında narkotik vasitələrin və psixotrop tərkibli həblərin onlayn yolla satışını təşkil etdikləri məlum olub.

Sonuncu əməliyyatlar zamanı 30 kiloqramdan artıq narkotik maddə, o cümlədən, 4778 ədəd psixotrop tərkibli “Ekstazi”, “Pregabalin”, “Metadon” və “Tramadol” həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO