“Təslim olmasanız məhv edəcəyik” - erməni terrorçularının məhkəməsində ŞAHİD İFADƏSİ

“Təslim olmasanız məhv edəcəyik” - erməni terrorçularının məhkəməsində ŞAHİD İFADƏSİ

Hazırda oxunan: “Təslim olmasanız məhv edəcəyik” - erməni terrorçularının məhkəməsində ŞAHİD İFADƏSİ

27461

Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin daha bir qrupunun - Karapetyan Rafik Robertoviç, Qolayan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yerğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrekyan Vahagen Edikoçiv, Soğomanyan Setrak Samveloviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Xovanesoviç, Anbardanyan Vels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç, Qriqoryan Feliks Arşakoviç barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə digər təqsirləndirilən şəxslər də eyni məzmunlu ifadə veriblər.

Hakim qeyd edib ki, bütün təqsirləndirilən şəxslərin dindirilməsi həyata keçirilib. Prosesdə şahid qismində Azərbaycan Ordusunun iki hərbi qulluqçu ifadə verib.

Onlar bildirib ki, ermənilərin Hadrut istiqamətində özlərinə mövqe tutması ilə bağlı onlara məlumat daxil olub:

"Dekabrın 12-də Əlican kəndi yaxınlığında bizə həyəcan siqnalı verildi. Biz həmin istiqamətdə irəlilədik. Bizə dedilər ki, onlar dağdan aşağı enirlər. Onları mühasirəyə aldıq. Dedik ki, təslim olmasanız sizi məhv edəcəyik. Onlar təslim olaraq silahlarını təhvil verdilər. Onları bazamıza gətirərək, aidiyyəti üzrə təhvil verdik. Ayın 14-də daha iki nəfəri zərərsizləşdirirək təhvil vermişik".

Proses iyulun 12-də davam etdiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO