Bu rayonlarda sürüşmə riski var - RƏSMİ

Bu rayonlarda sürüşmə riski var - RƏSMİ

Hazırda oxunan: Bu rayonlarda sürüşmə riski var - RƏSMİ

274479

Ölkə ərazisində sürüşmə sahələrinin dəqiqləşdirilməsi, onların koordinatları və sərhədlərinin müəyyən olunması məqsədilə 2024-cü ildən başlayan ərazi çalışmaları artıq başa çatıb.

Bizim.Media xəbər verir ki, bunu trend.az-a açıqlamasında Milli Geoloji Kəşfiyyat Agentliyinin rəisi Əli Əliyev bildirib.

Hazırda 146 lokal sürüşmə sahəsi bütün parametrlər üzrə dəqiqləşdirilib xəritələnərək normativ hüquqi sənədlərin hazırlanması və dövlət orqanlarında təsdiqi üçün razılaşdırılması mərhələsindədir.
 

O qeyd edib ki, xəritənin hazırlanması ölkə ərazisində baş verə biləcək geoloji proseslərin operativ izlənməsi, təbii risklərin qiymətləndirilməsi və əhalinin təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.


“Hazırda aparılan müşahidələrə əsasən, ölkə üzrə geoloji proseslərin dinamikasında ciddi aktivləşmə qeydə alınmayıb. Yalnız Lerik və Astara rayonlarında 2 kiçik lokal sahədə sürüşmə prosesləri qeydə alınıb və aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir”,- qurum rəsmisi əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO