Azərbaycanda əmək müqavilələrinin SAYI bilindi

Azərbaycanda əmək müqavilələrinin SAYI bilindi

Hazırda oxunan: Azərbaycanda əmək müqavilələrinin SAYI bilindi

274358

Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 466 613 vahid artaraq bu il oktyabrın 1-nə 1 milyon 868 min 528-ə çatıb.

Bu barədə Bizim.Media-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, bu illər ərzində qeyri-neft-qaz sektorunun özəl bölməsində həmin göstərici 471 286 vahid artaraq 1 milyon 11 min 208 olub.
 

"Ümumi əmək müqavilələrinin 54 %-dən çoxu qeyri-neft-qaz sektorunun özəl bölməsinin payına düşüb. Bu ilin 9 ayında qeyri-neft-qaz özəl sektorunda qeydə alınmış 28 min artımın əsas hissəsi xidmət, ticarət və tikinti sahələrində müşahidə edilib.


Əldə olunan nailiyyətlər Azərbaycan iqtisadiyyatının post-neft dövrü üçün dayanıqlı və inklüziv inkişaf modelinə keçidini sürətləndirir, eyni zamanda, dövlətin əsas hədəfinin – qeyri-neft-qaz sektorunun özəl bölməsində dayanıqlı məşğulluğun və sosial rifahın yüksəldilməsinin uğurla həyata keçirildiyini nümayiş etdirir", - deyə məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO