Kredit MARAQLARI - Banklara “sadiq” müştəri lazım deyil?

Kredit MARAQLARI - Banklara “sadiq” müştəri lazım deyil?

Hazırda oxunan: Kredit MARAQLARI - Banklara “sadiq” müştəri lazım deyil?

273228

Müasir bankçılıq sistemində kreditlər həm banklar, həm də vətəndaşlar üçün qarşılıqlı sərfəli mənbədir. Banklar üçün kredit – gəlir mənbəyi, müştərilər üçün isə maliyyə ehtiyaclarını qarşılamaq vasitəsidir. Lakin son illərdə ictimai rəydə formalaşan bir fikir diqqət çəkir ki, banklar, ehtiyatlı və vaxtında ödəmə edən müştəriləri deyil, əksinə, borcunu gecikdirən və daha çox faiz ödəyən müştəriləri üstün tuturlar. Məsələn, kreditlərini tam və vaxtında ödəyən müştərilərin kredit limitlərinin azaldılması və ya onlara yeni təkliflərin verilməməsi problemləri yaranır.

Belə çıxır ki, məsuliyyətli olmaq vətəndaşa həmişə üstünlük gətirmir?

Məsələylə əlaqədar Bizim.Media-ya açıqlama verən hüqüqşünas Ramil Süleymanov bildirdi ki, əslində bankların əsas məqsədi – kredit verib, onu geri almaq və bu prosesdə gəlir əldə etməkdir. Yəni vaxtında ödəniş edən müştəri – bank üçün risksiz və təhlükəsiz gəlir mənbəyidir.

Belə müştərilərlə bankın məhkəmə, icra, borc silinməsi, zərər yazılması kimi riskləri olmur.

“Bu tamamilə əsassız bir iddiadır. Çünki vaxtlı-vaxtında ödənişi etməyən, problemli müştəriyə banklar ümumiyyətlə kredit verməkdə maraqlı deyillər. Banklara daha çox maraqlı olan odur ki, verdiyi kreditin dərhal ardından ödənişlərin mütəmadiliyini özünün müsbət portfeli kimi qəbul etsin, geri qayıtmayan, ümidsiz borclar olduqda isə banklar problemli kreditlər portfelinin şişməsindən iflasa da gedə bilərlər”.

Şəfiqə Şəfa, Bizim.Media 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO