Zaqatalada avtoxuliqan saxlanıldı

Zaqatalada avtoxuliqan saxlanıldı

Hazırda oxunan: Zaqatalada avtoxuliqan saxlanıldı

27311

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları şəhər ərazisində polisin qanuni “saxla” əmrinə tabe olmayaraq, avtoxuliqanlıq edən və bununla da başqa hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan sürücünü saxlayıb.

DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, “Mercedes”markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün polis əməkdaşları tərəfindən ona “saxla” əmri verilib.

Ancaq sürücü əmrə tabe olmayaraq, hərəkətini davam etdirib, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edib.

Yol polisləri bir müddətdən sonra avtomobili saxlamağa nail olub və sürücünün rayonun Kebeloba kənd sakini İsmayıl Bulayev olduğu müəyyən edilib.

O, saxlanılaraq Polis Şöbəsinə gətirilib, idarə etdiyi avtomobil müvəqqəti duracağa yerləşdirilib.Sürücü barəsində toplanmış materiallar isə hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO