Bakıda inanılmaz qiymətə it satılır.xa0
Moderator.az xəbər verir ki, Sabunçu rayonunda hər həftənin bazar günü təşkil olunan rus bazarında müxtəlif heyvanlar satılır. Yəni həftənin bu günü bazara insan axını daha çoxdur. Çünki burda bütün növ heyvanlar, məişət avadanlıqları, tarixi kitablar və s. satılır. İnsanların isə ən çox tələbatı heyvanlaradır.xa0
Bu gün satışa çıxarılan çoban iti sortu olan it isə hələ ki, alıcısını tapa bilməyib. İtin son qiyməti isə 1000 manatdır. İt sahibi əməkdaşımıza bildirib ki, bu cür iti hər adam saxlaya bilməz. İtin gündəlik qidalanması dörd-beş adamın yeməyinə bərabərdir. Bununla yanaşı, o hər gün gəzdirilməlidir.xa0
Moderator.az haqqında danışılan bahalı itin fotosunu təqdim edir.xa0
Vasif Əlihüseyn































































































