Lənkəranda avtomobil 22 yaşlı gənci vurdu - FOTO

Lənkəranda avtomobil 22 yaşlı gənci vurdu - FOTO

Hazırda oxunan: Lənkəranda avtomobil 22 yaşlı gənci vurdu - FOTO

272092

Lənkəran şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə N.Nərimanov küçəsində qeydə alınıb.

Bizim.Media xəbər verir ki, hərəkətdə olan “KIA” markalı avtomobil Lerik rayonunun Livədirgə kənd sakini, 2003-cü il təvəllüdlü Xaqani Hikmət oğlu İbadovu vurub.

Sürücü yaralını dərhal avtomobillə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. O, ilkin olaraq təcili yardım şöbəsinə yerləşdirilib, vəziyyətinin ağır olması səbəbindən reanimasiya şöbəsinə köçürülüb.

Həkimlər gəncin vəziyyətini ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO