"Bu təhlükə ilə bağlı Qida Təhülkəsizliyi Agentliyinə məlumat vermək pis olmaz..."

Hazırda oxunan: "Bu təhlükə ilə bağlı Qida Təhülkəsizliyi Agentliyinə məlumat vermək pis olmaz..."

270496
“İstehlakçı hüquqlarını qoruyan beynəlxalq təşkilatın siyahısında çipsilər arzuolunmaz mal hesab olunur...”


Redaksiyamıza müraciət edən vətəndaş bildirir ki, evdə uşaqları üçün aldığı çipsinin içindən yanmış kartof məhsulları çıxır. Azərbaycan məhsulu olan “Chipsim” adı altında istehsal olunan çipsi şirkəti “Gilan Qəbələ Konserv Zavodu” MMC-ə məxsusdur. Fotolardan da aydın görünür ki, kartof məhsulları keyfiyyətsiz və yanmış haldadır.xa0

Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Moderator.az-a açıqlamasında bildirdi ki, Azərbaycan bazarında çipsilər arzuolunmaz qidalar siyahısına daxildir və bu cür qidalar uşaqların səhhəti üçün təhlükəlidir:
“Ümumiyyətlə, çipsilər zərərli qida hesab olunur. Çipsi insanlarda aludəçilik yaradan qidadır. Əksər hallarda onu keyfiyyətsiz kartoflardan hazırlayırlar və buna görə də o arzuolunmaz qida məhsuludur. Təəssüflər olsun ki, uşaqlar da buna meyl göstərir. Görünür müəyyən edilmiş standartlara əməl etmirlər. Biz hətta xaricdə istehsal olunmuş kofenin içərisinə suxarı doldurub göndərilməsinin şahidi olmuşuq. Azərbaycan bazarı kifayət qədər qorunmur və ona görə də belə hallar baş verir.xa0
Əgər Azad İstehlakçılar Birliyinə konkret olaraq şikayət daxil olarsa, biz geniş şəkildə araşdırma apararıq. Lakin bütün hallarda Qida Təhülkəsizliyi Agentliyinə bu barədə məlumat vermək pis olmaz. Qaldı ki, istehlakçı hüquqlarını qoruyan beynəlxalq təşkilatın siyahısında çipsilər arzuolunmaz mal hesab olunur”.xa0

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO