Birinci Qarabağ müharibəsinin şəhidi Cəlal Abdullayev dəfn olundu – FOTO

Birinci Qarabağ müharibəsinin şəhidi Cəlal Abdullayev dəfn olundu – FOTO

Hazırda oxunan: Birinci Qarabağ müharibəsinin şəhidi Cəlal Abdullayev dəfn olundu – FOTO

270115

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 32 il sonra tapılan şəhid Cəlal Xankişi oğlu Abdullayev dəfn olunub.

Bizim.Media "Report.az"a istinadən xəbər verir ki, vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Qeyd edək ki, Cəlal Abdullayev 1971-ci il avqustun 24-də Qobustan qəsəbəsində anadan olub.

O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib. C.Abdullayev 1993-cü il martın 29-da Kəlbəcər rayonunun Çərəkdar kəndi ərazisində itkin düşmüş sayılırdı.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO