14 yaşlı qızla 20 yaşlı oğlan nişanlandı - Ata həbs edildi

14 yaşlı qızla 20 yaşlı oğlan nişanlandı - Ata həbs edildi

Hazırda oxunan: 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlandı - Ata həbs edildi

269641

Sabirabad rayonunda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Əsədli kəndində baş verib.
 

Bu barədə polisə məlumat daxil olduqdan sonra nişanlanan yeniyetmə ilə gəncin atası Sabirabad Rayon Polis Şöbəsinə dəvət edilib. Burada məlumatlar dəqiqləşdirilərkən 14 yaşlı qızın atası 1987-ci il təvəllüdlü S.Fərzalıyev qışqıraraq söyüş söyməyə, qızı ilə nişanlanan oğlanın atasını təhqir etməyə başlayıb.


O, qızını nişanlamaq fikrinin olmadığını, qarşı tərəfin təkidi ilə “Həri” məclisinin olduğunu deyib.

İctimai asayişi pozan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Sabirabad Rayon Məhkəməsinin qərarı ilə S.Fərzalıyev 8 sutkalıq həbs edilib. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO