Polis Cəlilabadda əməliyyat keçirdi – TUTULAN VAR – FOTO/VİDEO

Polis Cəlilabadda əməliyyat keçirdi – TUTULAN VAR – FOTO/VİDEO

Hazırda oxunan: Polis Cəlilabadda əməliyyat keçirdi – TUTULAN VAR – FOTO/VİDEO

269635

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitə və psixotrop maddələrin dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə 40 yaşlı Mahir Atəşrus saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, ondan ümumilikdə 18 kiloqramdan artıq marixuana və metamfetamin aşkarlanıb.
 

M.Atəşrusun şəxsiyyəti araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyi və maddi qazanc qarşılığında həmin narkotik vasitələri Bakı şəhəri ərazisində deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.


Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO