“Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundovun uzun müddətdir əksər məhkəmələrdə və müsahibələrində eyni köynəkdə görünməsi sosial şəbəkələrdə müzakirə olunub. İzləyicilərdən bəziləri köynəyin hətta 9 min dollar qiymətinin olduğunu iddia ediblər.
Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, iş adamı sonuncu məhkəməsindən əvvəl bu barədə sualı da cavablandırıb.
“Şərurlu İsfəndiyar” əynindəki köynəyi 3 min 700 dollara aldığını açıqlayıb:
“9-10 min dollar qiyməti var deyirlər. Boş söhbətdir. 3 min 700 dollara almışam. Rəngi və materialını bəyəndiyim üçün də tez-tez geyinirəm. Qolumdakı qızıl saata gəlincə, köhnədən qalandır. Elə bir qiyməti yoxdur”.
Qeyd edək ki, İ.Axundov son vaxtlar daha çox gündəmə gəlir. Bu yaxınlarda onun milyonlarla qiyməti olan avtomobilləri üzərinə həbs qoyulub, özü isə xüsusi ittiham qaydasında məhkum edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:17 / 06.09.2025
“Şərurlu İsfəndiyar” həmişə geyindiyi köynəyin qiymətini AÇIQLADI
Hazırda oxunan: “Şərurlu İsfəndiyar” həmişə geyindiyi köynəyin qiymətini AÇIQLADI
Hazırda oxunan: “Şərurlu İsfəndiyar” həmişə geyindiyi köynəyin qiymətini AÇIQLADI
268985
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.