Bu il Şəki şəhər 10 nömrəli tam orta məktəbin texniki fənlər təmayüllü XIt sinfini bitirən 21 məzunundan 20-si ölkənin nüfuzlu ali məktəblərinə qəbul olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ilk turu keçə bilməyən 1nəfər məzun da ikinci tur seçimlərindən sonra ali məktəbə qəbul olunub.
Qeyd edək ki, 2024–2025-ci tədris ilində məktəbin 12 şagirdi tam orta təhsilini Fərqlənmə attestatı ilə başa vurub.
Ümumilikdə isə bu il məktəbi bitirən 46 məzun tələbə adını qazanıb.
Onlardan 9 nəfəri 600-dən yuxarı, 7 nəfəri isə 500-dən yuxarı bal toplayıb. Xüsusilə, XIt sinfinin şagirdlərindən 8-i 600-dən yuxarı, 3-ü isə 500-dən yuxarı nəticə göstərib.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu