Naxçıvanda istirahət mərkəzində AİLƏ FACİƏSİ – Ölənlər var - FOTO

Naxçıvanda istirahət mərkəzində AİLƏ FACİƏSİ – Ölənlər var - FOTO

Hazırda oxunan: Naxçıvanda istirahət mərkəzində AİLƏ FACİƏSİ – Ölənlər var - FOTO

268797

Naxçıvanda bədbəxt hadisə baş verib.

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, hadisə bu gecə Şahbuz rayonu Ayrınc kəndi ərazisində qeydə alınıb.

İstirahət mərkəzlərinin birində gölməçə üzərində olan platformanın aşması nəticəsində iki nəfər ölüb. 

Hadisə zamanı xəsarət alanlardan biri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Onların bir ailənin üzvləri olduğu bildirilir.

Hadisədən sonra təcili tibbi yardım avtomobili ilə birgə xəstəxanaya yollanan ailə üzvləri isə yolda qəzaya düşüb.

Yol qəzası zamanı Naxçıvan şəhər sakinləri, 1983-cü il təvəllüdlü Hüseynov Tural Əli oğlu və onun oğlu, 2007-ci il təvəllüdlü Hüseynov Nicat Tural oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hər iki faktla bağlı araşdırma aparılır.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO