Təcridxanaya gətirilən sovqatın içində marixuana aşkar edilib.
xa0
Penitensiar Xidmətin İctimai əlaqələr şöbəsindənxa0Moderator.az-axa0verilən məlumata görə, əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.xa0
Cinayət Məcəlləsinin 181.2.1; 181.2.4-cü (quldurluq) maddələrinə əsasən təqsirli bilinirək həbs edilmiş Feyzi-zadə Ariz Mübariz oğluna dostu Gəncə şəhər sakini Fətullayev Şahin Ələkbər oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan soğanların arasında gizlədilmiş iki ədəd bükülüdə 26,5 qram marixuana aşkar edilib.xa0
xa0
Faktla bağlı araşdırma aparılır.




























































































