Daha bir məktəbdə pedaqoji heyət vahid geyim formasına keçib.
Bizim.Media xəbər verir ki, bu barədə Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb.
Belə ki, Samux rayon Qarayeri qəsəbə 2 nömrəli tam orta məktəbin pedaqoji kollektivi yeni tədris ilindən etibarən vahid geyim formasından istifadə etməyə başlayıb.
Qeyd edək ki, bu təşəbbüs artıq bir neçə təhsil müəssisəsində uğurla tətbiq olunur. Goranboy rayon Kəhrizli kənd, Quşçular kənd, Eyvazlılar kənd tam orta məktəbləri, Goranboy şəhər 2 nömrəli tam orta məktəb və Samux rayon Qədili kənd ümumi orta məktəbi pedaqoji heyətləri də uzun illərdir vahid formadan istifadə edirlər.
“Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərən xüsusi amildir.
Müəllimlər vahid geyim forması ilə tədris prosesində daha peşəkar bir görünüşə sahib olurlar. Bu, həm şagirdlər, həm də valideynlər arasında müəllimlərin ciddiyyətini və nüfuzunu artıraraq, məktəb mühitində intizamın təmin edilməsinə kömək edir.
Həmçinin bu addım bərabərlik prinsipinin əyani nümunəsidir”, - deyə Regional Təhsil İdarəsinin məlumatında qeyd olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:25 / 04.09.2025
Məktəb müəllimləri vahid geyim formasına keçdi
Hazırda oxunan: Məktəb müəllimləri vahid geyim formasına keçdi
Hazırda oxunan: Məktəb müəllimləri vahid geyim formasına keçdi
268612
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.