Sosial şəbəkələrdə özünü şairə kimi təqdim edən İlhamə Əskərovanın (Elşadqızı) cinayət işinin növbəti məhkəmə prosesi keçirilib.
Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə İlhamə Əskərovanın mənzilində yoxlama aparan polis əməkdaşlarından daha bir nəfəri ifadə verdikdən sonra müdafiə tərəfi onun ev dustaqlığına buraxılması ilə bağlı yenidən vəsatət qaldırıb.
Müşavirədən sonra vəsatətin əsassız olduğu bildirilərək təmin edilməyib.
Vəkilin növbəti vəsatəti isə İlhamə Əskərovanın anası Almaz Əskərovanın əlavə şahid kimi prosesdə dindirilməsi ilə bağlı olub.
Dövlət ittihamçısı buna etiraz etsə də, təqsirləndirilənin anasının prosesdə ifadə verməsi təmin olunub.
Almaz Əskərova ifadəsində bildirib:
"Biz səhər-səhər evdəydik, birdən qapı döyüldü. Qapını açanda 5-6 nəfər girdi içəri. Girən kimi İlhaməni başladılar yoxlamağa. Məni çıxartdılar çölə, başladılar evi axtarmağa, mən də pəncərədən görürdüm. Sonra gördüm ki, qızımın əlləri qandallıdır".
Növbəti iclas sentyabrın 17-nə təyin olunub
Qeyd edək ki, "TikTok" əməliyyatları çərçivəsində aparıcı Azər Zahid, Emin və Rəşad Abdullayev qardaşları və digərləri saxlanılıblar. Onların barəsində həbs qərarı çıxarılıb.
İlhamə Elşadqızı aparıcı Azər Zahidin tiktokerlərin iştirakı ilə təşkil etdiyi müsabiqələrdə iştirakçı olub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:41 / 03.09.2025
İlhamə Elşadqızının anası da məhkəmədə DİNDİRİLDİ
Hazırda oxunan: İlhamə Elşadqızının anası da məhkəmədə DİNDİRİLDİ
Hazırda oxunan: İlhamə Elşadqızının anası da məhkəmədə DİNDİRİLDİ
268501
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.