Xalası tərəfindən aylardır işgəncə verilən yeniyetmə ilə bağlı DİN-dən AÇIQLAMA - VİDEO

Xalası tərəfindən aylardır işgəncə verilən yeniyetmə ilə bağlı DİN-dən AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Xalası tərəfindən aylardır işgəncə verilən yeniyetmə ilə bağlı DİN-dən AÇIQLAMA - VİDEO

268071

Xəbər verildiyi kimi valideynlərini itirən və xalasının himayəsinə verilən yeniyetməyə ağır işgəncələr verilib. 

İddialara görə 14 yaşlı yeniyetmə davamlı olaraq xalası tərəfindən fiziki zorakılığa məruz qalıb. 

Bununla bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sosial şəbəkə hesabı yeniyetmənin görüntülərini yayıb. Görüntülərdən də yeniyetmənin başında və bədəninin müxtəlif yerlərində ağır işgəncə izləri aydın görünür.

Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı polis tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsi ilə bağlı hadisəyə hüquqi qiymət veriləcək.
 

MÖVZU İLƏ BAĞLI:

Ana-atasız uşağa işgəncələr verilib? - Video


Qeyd edək ki, yeniyetmə anası və atası dünyasını dəyişib. Uşaq Sabunçu rayon İcra Hakimiyyətinin müvafiq qərarı ilə xalasının himayəsinə verilib. 

Ayrıca “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın saytımıza verdiyi məlumata görə hazırda uşaq işgəncə gördüyü ailədədir. 


Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO