Xristian ölkəsinin daha iki xəstəxanasında namaz otağı açıldı-Bəs Azərbaycanda?...

Xristian ölkəsinin daha iki xəstəxanasında namaz otağı açıldı-Bəs Azərbaycanda?...

Hazırda oxunan: Xristian ölkəsinin daha iki xəstəxanasında namaz otağı açıldı-Bəs Azərbaycanda?...

267803
“Müsəlmanlar Moskvanın tibb müəssisələrində namaz otaqlarının sayını artırmağı planlaşdırır və tezliklə eyni vaxtda üç yeni ibadət məkanı açılacaq”.xa0xa0

Moderator.az xəbər verir ki, bu barədə Rusiya paytaxtının müftisi İldar Alyautdinov "Moskva" şəhər xəbərləri agentliyinə açıqlamasında danışıb.

"Bu gün Moskvanın 10 hospisində (ümidsiz xəstələrin layiqli xidmət və qayğı görə biləcəkləri səhiyyə müəssisələri-S.L.) hər hansı bir şəxsin sərbəst ibadət edə biləcəyi müxtəlif dini konfessiyalara aid ayrıca otaqlar var. Mart ayının sonunda N.Bloxin adına Onkoloji Mərkəzdə də namaz otağı rəsmi olaraq açıldı. Martın 18-dəxa0 Moskva Elmi-Təcrübi Narkologiya mərkəzindəxa0 daha bir ibadətxana açdıq. Bu, bir hissəsi kişilər, digər hissəsi isə qadınlar üçün təşkil edilmiş geniş bir məkandır. Və daha iki namaz otağı (həmxa0 kişilər və qadınlar üçün) bu günlərdəxa0 Rusiya Səhiyyə Nazirliyinin "Uşaq Sağlamlığı" Milli Tibbi Tədqiqat Mərkəz" ində açılacaqdır. Qarşıdakı illərdə də xəstəxanalarda namaz otaqlarının sayını artırmağı planlaşdırırıq. Və əgər biz tələbat hiss edəcəyiksə, onda tibb müəssisələrinin rəhbərliyinin razılığı ilə belə məkanların sayını iki dəfə artırmağa hazırıq ", - deyə İ.Alyautdinov vurğulayıbxa0

Din xadimi xəstəxanalarda ibadət otaqlarının xəstələrin müraciəti əsasındaxa0 açıldığını izah edib. Müfti əlavə edib ki, Moskva Müsəlmanları Ruhani İdarəsi klinikalarda yalnız namaz otaqları açmaqla kifayətlənmir,xa0 həmçinin, müntəzəm olaraq imamların orada inanclı xəstələr üçün xidmətini də təşkil edir. Hospislərəxa0 ruhanilərxa0 çağırışa əsasən bir neçə saat ərzində gedirlər.

P.S. Azərbaycanda hansısa tanınmış dövlət və ya özəl tibb müəssisəsində müsəlmanlar, xristianlar, yəhudilər və s. üçün ayrıca ibadət otaqları olması haqda məlumat yoxdur. Mövzunu araşdırmağa çalışacağıq...xa0

Sultan Laçın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO