Bakıda inşaat malları mağazasında yanğın oldu 

Bakıda inşaat malları mağazasında yanğın oldu 

Hazırda oxunan: Bakıda inşaat malları mağazasında yanğın oldu 

26493

Bakı şəhərində inşaat malları mağazasında yanğın olub. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı yayıb. 

Mənbə bildirir ki, Binəqədi rayonunda ümumi sahəsi 2000 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı (inşaat və ərzaq malları mağazaları və s.) ikimərtəbəli tikilinin 1-ci mərtəbəsində sahəsi 28 m² olan inşaat malları mağazasının lambirindən ibarət tavanı və içərisində hər birinin tutumu 1 litr olan 7 ədəd boya çəlləyi yanıb. 

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. 

Binanın qalan hissəsi yanğından mühafizə olunub.  

Yanğın söndürülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO