Naxçıvana elektrik mühərrikli avtobuslar gətiriləcək

Naxçıvana elektrik mühərrikli avtobuslar gətiriləcək

Hazırda oxunan: Naxçıvana elektrik mühərrikli avtobuslar gətiriləcək

264920

Naxçıvan Muxtar Respublikasında nəqliyyat sisteminin təhlükəsizliyinin artırılması, atmosferə atılan tullantıların azaldılması və ekoloji mühitin yaxşılaşdırılması məqsədilə Naxçıvan şəhərinə 60 ədəd elektrik mühərrikli avtobus gətiriləcək.

Bizim.Media xəbər verir ki, avtobuslar ilkin olaraq sınaq müddətində yoxlanıldıqdan sonra şəhərin ictimai nəqliyyat marşrutlarında istifadəyə veriləcək.

“Azerbaijan Energy Automotive Factory” MMC ilə bağlanılmış müqaviləyə əsasən yeni gətiriləcək BYD markalı elektrik avtobusları 8,7 metr uzunluğa, 226 kVt gücündə batareyaya malikdir və tam enerji ilə 240 km məsafə qət edə bilir.

Layihə çərçivəsində qaraj ərazisində avtobusların enerji təchizatını təmin etmək məqsədilə 6 MVA gücündə 35/0,4 kV-luq transformator məntəqəsi inşa olunacaq.

Bundan əlavə, qaraj daxilində 13 ədəd (onlardan 10-u bu il alınacaq avtobuslar, 3-ü isə gələcəkdə alınacaq avtobuslar üçün nəzərdə tutulub) 320 kVt-lıq sürətli enerji doldurma cihazı quraşdırılacaq.
 

Marşrut xətlərinin son dayanacaqlarında isə əlavə 4 ədəd analoji cihaz quraşdırılması planlaşdırılır. Beləliklə, ümumilikdə 17 ədəd 320 kVt-lıq sürətli enerji doldurma cihazı istifadəyə veriləcək.


Layihənin cari ilin sonunadək tam başa çatdırılması planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO