Göyçay dağlarında güclü yanğın davam edir - 350 hektar ərazi yanıb

Göyçay dağlarında güclü yanğın davam edir - 350 hektar ərazi yanıb

Hazırda oxunan: Göyçay dağlarında güclü yanğın davam edir - 350 hektar ərazi yanıb

26380

Göyçay rayonu ərazisində baş verən yanğın qısa vaxtda geniş ərazini əhatə edib.

Bizim.Media xəbər verir ki, rayonun Mirzəhüseynli kəndi ərazisində dağlıq sahədə baş verən yanğının söndürülməsi üçün FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 10-a yaxın yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

İndiyədək 250 hektar sahədə biçilmiş taxıl sahəsi, 100 hektar sahədə quru ot, ağaclar və kol-kos yanıb. Hazırda yanğın davam edir.

Dağlıq ərazi olduğu üçün yanğınsöndürən avtomobillərin həmin əraziyə çıxması çətinləşib. Yanğınsöndürənlər alovun qarşısını əl əməyi ilə almağa çalışırlar. (apa)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO