Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin yeni hərbi hissəsi xidməti istifadəyə verilib.xa0
Bununla bağlı Dövlət Sərhəd Xidməti məlumat yayıb.xa0
Mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev iştirak edib.xa0
Açılış mərasimindən sonra E.Quliyev hərbi hissəyə baxış keçirilib və yaradılmış şəraitlə tanış olub.xa0
Bildirilib ki, yerli əhaliyə köməklik məqsədilə Dövlət Sərhəd Xidməti tərəfindən yeni kənd tibb məntəqəsinin inşası davam etdirilir.xa0 xa0




































































































