Bakı metrosunda törədilən terror aktından 25 il ötür

Bakı metrosunda törədilən terror aktından 25 il ötür

Hazırda oxunan: Bakı metrosunda törədilən terror aktından 25 il ötür

263565
1994-cü il mart ayının 19-da 13:00-da “20 Yanvar” metrostansiyasında partlayış törədilib. Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayananda işə düşüb.
Moderator.az xəbər verir ki, terakt nəticəsində 14 nəfər ölüb, 49 nəfər yaralanıb.

Cinayətin törədilməsində şübhəli bilinən “Sadval” Ləzgi Milli Hərəkatının 11 üzvü həbs edilib. Onlardan ikisinə ölüm hökmü verilib, doqquz nəfər isə müxtəlif müddətə azadlıqdan məhrum edilib. Terror aktının icraçısı Oqtay Qurbanov isə partlayış zamanı ölüb.

İstintaq zamanı müəyyən edilib ki, terrorçular Ermənistan xüsusi təyinatlı orqanları ilə əlaqədə olublar və hazırlığı bu ölkədə keçiblər.

Qeyd edək ki, partlayışda ölənlər arasında xalq artisti Rafiq Babayev də olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO